Peterburqlular Azərbaycanın Baş konsulluğunun binası qarşısına güllər düzürlər

Peterburqlular Azərbaycanın Baş konsulluğunun binası qarşısına güllər düzürlər

Peterburqlular Azərbaycanın Rusiyanın şimal paytaxtındakı Baş konsulluğunun binası qarşısına güllər düzürlər.

AZƏRTAC xəbər verir ki, dünəndən bəri Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun binası qarşısına insan axınının ardı-arası kəsilmir. Şəhər sakinləri, o cümlədən Azərbaycan diasporunun üzvləri Baş konsulluğun binası önünə güllər düzür, erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verirlər.

2020-10-18