Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a göndərilən videogörüntülərdə Azərbaycan Ordusunun zirehli texnikasının və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.

Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.

2020-10-18