Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsi Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında yad edilir

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsi Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında yad edilir

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında aksiya keçirilir.

AZƏRTAC xəbər verir ki, Kiyevdəki Azərbaycan diasporunun üzləri və Ukrayna paytaxtının sakinləri əllərində gül və yumşaq oyuncaqlarla ölkəmizin Ukraynadakı səfirliyinin qarşısına gəlirlər.

Oktyabrın 17-də Gəncənin mərkəzindəki yaşayış məhəllələrinə düşmənin silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilməsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən artıq insan yaralanıb.

2020-10-18