Ceyhun Bayramov Vaşinqtonda ABŞ-ın Dövlət katibi və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ceyhun Bayramov Vaşinqtonda ABŞ-ın Dövlət katibi və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

2020-10-20