Oktyabrın 24-25-də Bakının küçə, prospekt və yollarında gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Oktyabrın 24-25-də Bakının küçə, prospekt və yollarında gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, son günlərdə COVID-19-a yoluxanların sayının artması nəzərə alınaraq oktyabr ayının 24-də və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

2020-10-23