Azərbaycan HHQ-si düşmənin hərbi texnikasını və infrastrukturunu məhv edib

Azərbaycan HHQ-si düşmənin hərbi texnikasını və infrastrukturunu məhv edib

Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməkdə davam edir.

2020-10-24