Aşihara karateçilərimiz Avrasiya çempionatında 10 medal qazanıblar

Azərbaycan Aşihara Karate Federasiyasının idmançıları Antalyada keçirilən Avrasiya çempionatında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz mötəbər turnirdə uğurla çıxış edərək 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Çempionatda 11 ölkədən 200-dən çox idmançı mübarizə aparıb.
2019-03-27

