Niderlandda yaşayan azərbaycanlı gənclər Ermənistanın hərbi təcavüzünə etiraz olaraq aksiya keçiriblər

Niderlandda yaşayan azərbaycanlı gənclər Ermənistanın hərbi təcavüzünə etiraz olaraq aksiya keçiriblər

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə etiraz olaraq, artıq bir həftədir ki, Niderlandda yaşayan azərbaycanlı gənclər və tələbələr Haaqa şəhərində yerləşən Niderland Parlamenti önündə etiraz aksiyası keçirirlər.

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, etiraz aksiyasında gənclər Azərbaycan həqiqətlərini Niderland ictimaiyyətinə çatdıraraq, Ermənistanın münaqişədən uzaq yerləşən Azərbaycan şəhərlərinə və orada yaşayan mülki şəxslərə qarşı törətdiyi hərbi təxribatlar və çoxsaylı qətl və dağıntılar barədə məlumat veriblər. Eyni zamanda, erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu bildiriblər. Hazırkı əməliyyatların Azərbaycanın beynəlxalq tanınmış ərazisi daxilində getməsi ilə bağlı niderlandlıları məlumatlandırıblar.

2020-10-28