Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənin daha iki “Smerç” sistemi məhv edilib

Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənin daha iki “Smerç” sistemi məhv edilib

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkarlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin sıradan çıxarılmasının videogörüntülərini təqdim edirik.

2020-10-30