Ermənistan ordusunun döyüş texnikası və canlı qüvvəsi məhv edilib

Ermənistan ordusunun döyüş texnikası və canlı qüvvəsi məhv edilib

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 tankı, 1 “Qrad” yaylım atəşli reaktiv sistemi, sursatla dolu 1 yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.

2020-10-31