İsveçdə Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil edilib

İsveçin paytaxtı Stokholmda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub.

AZƏRTAC xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlıların keçirdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş 40-a yaxın müxtəlif növlü nəqliyyat vasitəsi Stokholmun Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib.

Yürüşdə iştirak edən avtomobillər üzərində “Qarabağ Azərbaycandır!” kimi şüarları yerləşdirilib. İştirakçılar yerli ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın haqlı mövqeyinə yönəltməyə çalışıblar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm İsveçin paytaxtı Stokholmda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub.

AZƏRTAC xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlıların keçirdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş 40-a yaxın müxtəlif növlü nəqliyyat vasitəsi Stokholmun Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib.

Yürüşdə iştirak edən avtomobillər üzərində “Qarabağ Azərbaycandır!” kimi şüarları yerləşdirilib. İştirakçılar yerli ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın haqlı mövqeyinə yönəltməyə çalışıblar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

2020-11-01