Azərbaycanın 30 şirkəti “Worldfood Moscow 2019” ərzaq sərgisində təqdim olunacaq
![Azərbaycanın 30 şirkəti “Worldfood Moscow 2019” ərzaq sərgisində təqdim olunacaq](/uploads/news/5ca1b53a8ccbf.jpg)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Moskvaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 30 şirkəti sentyabrın 24-27-də Moskvada keçiriləcək "Worldfood Moscow 2019" ərzaq sərgisində təqdim olunacaq. İxracatçılar müsabiqə əsasında seçiləcək. İyulun 12-də keçiriləcək müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur. Müsabiqədə iştirak etmək üçün lazımi sənədlər iyulun 1-dən gec olmayaraq AZPROMO-ya təqdim edilməlidir.
2019-03-30