Ukraynada Azərbaycanın turizm potensialı təqdim edilib

Ukraynada Azərbaycanın turizm potensialı təqdim edilib

Azərbaycanın turizm potensialı Kiyevdə keçirilən “Uitt 2019” beynəlxalq turizm sərgisində uğurla təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Turizm Bürosu və ölkəmizin turizm sektorundan olan partnyor şirkətlər Azərbaycanın bu sahədəki potensialını, yeni turizm marşrutlarını, həmçinin iyun ayından başlayaraq sentyabrın ortalarınadək davam edən çimərlik mövsümü zamanı istirahət imkanlarını nümayiş etdiriblər.

Sərgi çərçivəsində Azərbaycanın Turizm Bürosu və partnyorlarının Ukraynanın turizm sahələrinin təmsilçiləri üçün təqdimatla çıxış etdikləri seminar da təşkil olunub.

2018-ci ildə Azərbaycanı 57640 Ukrayna vətəndaşı ziyarət edib ki, bu da MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biridir.

Ukraynadan Azərbaycana Bakı və yaxın şəhərlərlə tanış olmaq məqsədilə əsasən gənclər gəlir. Ailəliklə gələn turistlər daha uzun müddətə ölkəmizdə qalırlar. Turistlər arasında SPA və sağlamlaşdırıcı prosedura, qastronomiya turlarının həvəskarları, həmçinin biznes səyahətçiləri çoxluq təşkil edirlər.

2019-04-01