Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

2020-11-04