Düşmənin zenit qurğusu sıradan çıxarılıb

Düşmənin zenit qurğusu sıradan çıxarılıb

Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlərini davam etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 millimetrlik üç topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

2020-11-04