Müdafiə Nazirliyi: Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb

Müdafiə Nazirliyi: Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

2020-11-04