Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupunun iclası keçirilib

Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupunun iclası keçirilib

Aprelin 3-də Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda işçi qrupunun həmsədrləri - Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən sənədlər, aparılan islahatlar müzakirə olunub, qaldırılan məsələlərə, görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

2019-04-03