Müdafiə Nazirliyi: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib

Müdafiə Nazirliyi: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.

2020-11-05