Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib

Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

2020-11-05