Düşmən Tərtərin kəndlərini atəşə tutur

Düşmən Tərtərin kəndlərini atəşə tutur

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Gecə ərzində Goranboy rayonun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.

2020-11-06