Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
![Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir](/uploads/news/5ca731887467b.jpg)
Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub, aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.
2019-04-05