Bakı, 9 noyabr 2020-ci il: Şuşa zəfərinin sevinci və bayraq sevgisi

Bakı, 9 noyabr 2020-ci il: Şuşa zəfərinin sevinci və bayraq sevgisi

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsinin sevincini yaşayan paytaxt sakinləri noyabrın 9-da - Dövlət Bayrağı Günündə Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıblar.

Əllərində Azərbaycan bayrağı tutan sakinlər bu sevinc və qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq edirlər.

AZƏRTAC Şəhidlər xiyabanında lentə alınmış fotoları təqdim edir.

2020-11-09