AEK – “Zorya” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

AEK – “Zorya” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək AEK (Yunanıstan) – “Zorya” (Ukrayna) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, AEK – “Zorya” matçı noyabrın 26-da Afinada keçiriləcək.

2020-11-24