Bakı sakinləri Laçının işğaldan azad edilməsini avtomobil yürüşü ilə qeyd edirlər

Bakı sakinləri Laçının işğaldan azad edilməsini avtomobil yürüşü ilə qeyd edirlər

Dekabrın 1-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Laçının işğaldan azad olunması müjdəsini verdikdən sonra Bakı şəhərində avtomobil yürüşü keçirilib. Su İdman Sarayının yanından start götürən yürüş iştirakçıları paytaxtın küçə və prospektlərində hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları tutan insanlar “Laçın azaddır”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib, Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırıblar.

2020-12-01