Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 129 min 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 79 min 162 nəfər müalicə olunaraq sağalıb, 1470 nəfər vəfat edib. Aktiv xəstə sayı 48912 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 763 min 609 test aparılıb. Bugünkü test sayı isə 17411-dir.

2020-12-02