Rəcəb Tayyib Ərdoğan: Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib

Rəcəb Tayyib Ərdoğan: Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib

ATƏT-in Minsk qrupu vasitəçidir. Fransanın bu cür bitərəf olmayan yol tutması düşündürücüdür. Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib. Makronun prezidentliyi dövründə Fransa çox təhlükəli dövr yaşayır. “Sarı jiletlilər” “Qırmızı jiletlilər”ə çevrilə bilər. İdarəçi olaraq hansı qərarı verəcəklərini görəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Prezident İlham Əliyevin fransızlara bir tövsiyəsi var idi. Dedi ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhətləri verirəm. Bu münaqişəni azərbaycanlı qardaşlarım özləri həll etdilər və hazırkı vəziyyət yarandı.

COVID-19 peyvəndi haqqında məlumat verən Türkiyə Prezidenti bu istiqamətdə Çinlə yanaşı, Rusiya ilə də danışıqların davam etdirildiyini bildirib.

2020-12-04