Macarıstanda ölkəmizin Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Macarıstanda ölkəmizin Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Macarıstandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimin iştirakçıları Vətən müharibəsində həlak olan qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər torpaqların işğaldan azad edilməsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun nümayiş etdirdiyi fədakarlığı vurğulayıblar.

2020-12-05