“Könüllülər ili” ilə əlaqədar poçt markaları dövriyyəyə buraxılıb

“Könüllülər ili” ilə əlaqədar poçt markaları dövriyyəyə buraxılıb

“Könüllülər ili” ilə əlaqədar “Azərmarka” MMC tərəfindən poçt markaları dövriyyəyə buraxıb.

AZƏRTAC MMC-yə istinadla xəbər verir ki, “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar Belarusda 700 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb. Kiçik vərəqin ölçüsü 130x130 millimetr, markaların ölçüsü isə 49,6х49,6 millimetrdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan olunub.

2020-12-04