Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəislərinə general-polkovnik ali hərbi rütbəsi verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəislərinə general-polkovnik ali hərbi rütbəsi verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova da general-polkovnik ali hərbi rütbəsi verilib.

2020-12-07