Türkiyə və Rusiya xarici işlər nazirləri Qarabağ məsələsini müzakirə ediblər

Türkiyə və Rusiya xarici işlər nazirləri Qarabağ məsələsini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, nazirlər Qarabağ məsələsi, Ukraynadakı vəziyyət, eləcə də bir neçə gün əvvəl İstanbulda qanunsuz çəkiliş etdikləri üçün saxlanılıb sonra sərbəst buraxılan rusiyalı jurnalistlər ətrafında müzakirə aparıblar.

2020-12-08