Hikmət Hacıyev: Sərt karantin rejiminin tətbiqində məqsəd Azərbaycan vətəndaşlarının salamlığının qorunmasıdır

Hikmət Hacıyev: Sərt karantin rejiminin tətbiqində məqsəd Azərbaycan vətəndaşlarının salamlığının qorunmasıdır

Sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı cəmiyyətdən də tələblər var.

AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı kifayət qədər ciddi rəqəmlərlə ölçülür və bu da böyük narahatlıq doğurur.

Hikmət Hacıyev bildirib ki, sərt karantin rejiminin tətbiqində məqsəd Azərbaycan vətəndaşlarının salamlığının qorunması, ölüm hallarının qarşısının alınmasıdır. Kütləvi vaksinlər tətbiq edilənə qədər vətəndaşlarımızın sağlamlığını qorumalıyıq.

2020-12-08