Bakı metropoliteninin fəaliyyətinə tətbiq olunan məhdudiyyət yanvarın 31-dək uzadılır

Bakı metropoliteninin fəaliyyətinə tətbiq olunan məhdudiyyət yanvarın 31-dək uzadılır

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il yanvarın 31-i saat 06:00-dək uzadılır.

Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət də 2021-ci il yanvarın 31-i saat 06:00-dək uzadılır.

2020-12-08