Prezident Rəcəb Tayyib Ərdoğan: Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan: Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək

Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən bu mücadilədə böyük həmrəylik göstərib. Şükürlər olsun ki, bu gün ay ulduzlu bayraq Qarabağ səmasında qürurla dalğalanır. Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycana səfərə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Esenboğa Hava Limanında keçirdiyi brifinqdə ifadə edib.

Səfərin tarixi əhəmiyyət daşıdığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan şanlı Azərbaycan Ordusunun Bakıda keçirəcəyi Zəfər paradında iştirak edəcək. Azərbaycan-Türkiyə münasibətlərinə dair mühüm müzakirələr aparılacaq.

Dövlət başçısı qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda yenidənqurma prosesləri ilə bağlı istər sərmayə, istərsə də quruculuq işlərində Azərbaycanla birlikdə olacağıq.

2020-12-09