Ümummilli Liderin xatirəsi Azərbaycanın NATO yanında nümayəndəliyində də ehtiramla yad edilib

Ümummilli Liderin xatirəsi Azərbaycanın NATO yanında nümayəndəliyində də ehtiramla yad edilib

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində anılıb.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, nümayəndəliyin başçısı Qaya Məmmədov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin və nizami ordu quruculuğunun banisi olduğunu qeyd edib, Vətən müharibəsində qazanılmış qələbə ilə Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini bildirib.

Hərbi nümayəndə, polkovnik Ağaverdi Quliyev Ümummilli Liderin hələ sovet dövründən azərbaycanlı hərbçi kadrların hazırlanması işinə böyük diqqət göstərdiyini deyib, nizami ordunun Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qurulduğunu diqqətə çatdırıb.

2020-12-12