Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad olunub

Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada yad olunub

Azərbaycan xalqının ümummilli liderinin vəfatının 17-ci ildönümü ilə əlaqədar Ankaradakı Heydər Əliyev Parkında anım mərasimi təşkil olunub. Ulu Öndərin parkdakı abidəsi önünə əklil qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyin kollektivi, Ankarada fəaliyyət göstərən digər qurumların təmsilçiləri Heydər Əliyevin abidəsi önünə güllər düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

2020-12-14