Parlament Şamaxının Saqiyan kəndinin Günəşli kəndi adlandırılması ilə bağlı qanun layihəsini təsdiqləyib

Parlament Şamaxının Saqiyan kəndinin Günəşli kəndi adlandırılması ilə bağlı qanun layihəsini təsdiqləyib

Şamaxı rayonunun Saqiyan kəndi bundan sonra Günəşli adlandırılacaq.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin dekabrın 15-də keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

2020-12-15