Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüssel şəhərinə səfər edib
![Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüssel şəhərinə səfər edib](/uploads/news/5fdb0e44a86ab.jpg)
Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
2020-12-17