Cənub Qaz Dəhlizinin dördüncü mərhələsi başa çatdıqdan sonra Gürcüstan Azərbaycan qazını daha sərfəli qiymətlə əldə edəcək

Cənub Qaz Dəhlizinin dördüncü mərhələsi başa çatdıqdan sonra Gürcüstan Azərbaycan qazını daha sərfəli qiymətlə əldə edəcək

“Şahdəniz” yatağından hasil olunan qazın Avropa bazarlarına tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin dördüncü mərhələsinin icrası başa çatdırıldıqdan sonra Gürcüstan daxili tələbatını ödəmək üçün Azərbaycan qazını daha sərfəli qiymətlə əldə edə biləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri səlahiyyətlərini icra edən Giorgi Qaxariya ilə Tbilisidə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə bildirilib.

Görüşdə layihənin regionun və Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi qeyd olunub. Vurğulanıb ki, layihənin icrası başa çatdıqdan sonra Gürcüstan ərazisi ilə nəql olunacaq Azərbaycan qazının həcmi əsaslı şəkildə artacaq.

2020-12-17