Sabah Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd edilən tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

2020-12-18