Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edir

Azərbaycan istehsallı “Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda iştirak edir

Azərbaycan istehsalı olan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi Avstraliyanın “Changing Face International” film festivalında ilk mükafatını alıb. Ekran əsəri bütün mərhələləri keçərək “Ən yaxşı qısa sənədli filmi” kateqoriyası üzrə finala vəsiqə qazanaraq birincilik uğrunda yarışacaq.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Mammadovdur. Mətni Eldost Bayram oxuyub.

2019-05-10