Səfirlik: Rusiya ilə Azərbaycan arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün gələn il martın 1-dək bağlı olacaq

Səfirlik: Rusiya ilə Azərbaycan arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün gələn il martın 1-dək bağlı olacaq

Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin martın 1-dək bağlı olacaq.

Bu barədə AZƏRTAC –a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir.

2020-12-18