Soydaşlarımız Brüsselin İxelles bələdiyyəsinin Dağlıq Qarabağla bağlı qərarında ədalətli yanaşmaya nail olublar

Soydaşlarımız Brüsselin İxelles bələdiyyəsinin Dağlıq Qarabağla bağlı qərarında ədalətli yanaşmaya nail olublar

Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub.

Brüsseldə yaşayan Azərbaycan icmasının üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladıqları müraciət, eləcə də keçirdikləri görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.

Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir. 90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.

2020-12-25