Azərbaycan Prezidenti hərbi qulluqçuların bir qrupunu “Laçının azad olunmasına görə” medalı ilə təltif edib

Azərbaycan Prezidenti hərbi qulluqçuların bir qrupunu “Laçının azad olunmasına görə” medalı ilə təltif edib

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

2020-12-29