Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Yanvar ayının 2-i səhər saatlarından etibarən Bakının mərkəzində və qəsəbələrindəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

2021-01-01