Neft qiymətləri ucuzlaşıb

Neft qiymətləri ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar geriləyərək 50,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 47,51 dollar olub.

2021-01-05