“Global Game Jam 2021”ə Azərbaycan da qatılacaq

“Global Game Jam 2021”ə Azərbaycan da qatılacaq

Yanvarın 27-31-də 200-dək ölkədə eyni anda təşkil ediləcək “Global Game Jam 2021”ə qoşulmaq mümkün olacaq. Oyun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Game Tech Azerbaijan”ın təşkilatçılığı, “SUP VC”, “Next Step” İnnovasiya Mərkəzi, “Creative.az” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə Azərbaycanda da baş tutacaq.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, bu sahəni inkişaf etdirmək, xüsusilə beynəlxalq arenaya çıxışlarına kömək etməkdir.

Ölkəmizdə “Global Game Jam Azerbaijan” ilk dəfədir onlayn keçirilir. Tədbirdə oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, dizaynerlər, “3D” modelçilər, səs və vizual effekt mütəxəssisləri iştirak edə biləcəklər.

Müsabiqə zamanı iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Mövzu bütün dünyada eyni vaxtda elan olunacaq. “Global Game Jam 2021”in iştirakçıları dəyərli hədiyyələr qazanacaqlar.

Qeyd edək ki, qeydiyyat iki mərhələdən ibarətdir. Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla “Global Game Jam”də iştirak etmək mümkündür.

https://globalgamejam.org/user/signup/to/participate/using  

http://bit.ly/34NgmV6  

2021-01-12