Azərbaycanın xarici işlər naziri Fransanın turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Fransanın turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi ilə görüşüb

Yanvarın 26-da Azərbayanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə sülh quruculuğu və yeni əməkdaşlıq imkanlarına dair Azərbaycan tərəfinin baxışları barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

2021-01-27