Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb

Nazirlər Kabineti Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, qərara əsasən Baş nazirin birinci müavini Yaqub Eyyubov Komissiyanın sədri təyin olunub. Komissiyanın tərkibinə sədr də daxil olmaqla, 14 nəfər daxildir.

Komissiyaya “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyənləşdirmək və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Müəyyən edilib ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər.

2021-01-30