Gömrük Komitəsinin əməkdaşları təltif olunub – Sərəncam

Gömrük Komitəsinin əməkdaşları təltif olunub – Sərəncam

Dövlət Gömrük Komitəsinin əməkdaşları təltif edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda gömrük orqanlarında səmərəli fəaliyyətinə görə komitənin bir əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 18 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin digər Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 3 əməkdaşına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

2021-01-30