Gimnastlarımız Xorvatiyada iki medal qazanıblar

Gimnastlarımız Xorvatiyada iki medal qazanıblar

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarında idmançılarımız 2 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, komandamızın hesabına ilk medalı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14 xalla turnirin bürünc medalına layiq görülüb.

Yarışın sonuncu günündə millimizin üzvü Nikita Simonov öz sevimli aləti - halqalarda qızıl medal qazanıb. İyirmi səkkiz ölkədən gimnastların mübarizə apardığı turnirdə gimnastımızın çıxışı 14.500 xalla dəyərləndirilib və təmsilçimiz fəxri kürsünün ilk pilləsinə qalxıb.

2019-05-30